
“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı xeyli sayda mağaza kül olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib.Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb
***
10:40
“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında Sederek ticarət mərkezində yanğın hadisəsi baş verib. Hadisə ticarət mərkəzinin Şirniyyat adlanan yerində 8-ci riadda qeydə alınıb. Derhal əraziyə Səbail Yasamal və Nəsimi rayonundan 8 yangın söndürmə briqadası göndərilib. Hadisə zamanı ticarət mərkəzinin bir işçisi tüstüdən zəhərlənib.
***
09:00
“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın mağazalardan birində qeydə alınıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını lokallaşdırıb.
Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Gununsesi.info












