Güləşçilər Qızıl Qran Pri turnirində iştirak edəcək

  • Müəllif: admin
  • 08 İyun 2017 15:43

17

İyunun10-dan 11-dək Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçiriləcək.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, turnirdə sərbəst güləş yığmamızın üzvləri iştirak edəcək.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanır. Heyətdə Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) yer alıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Anar

Gununsesi.info