Güləşçilərimiz Dağıstanda yarışacaq

  • Müəllif: admin
  • 28 Oktyabr 2016 16:50

yaris

Oktyabr29-dan 30-dək Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Gununsesi.info Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə,turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq.

Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.

Anar

Gununsesi.info