Güləşçilərimiz vətənə qayıdıb - FOTO

  • By admin
  • 12 Sentyabr 2017 14:42

07

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatı başa çatıb.

Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olan sərbəst güləş yığmamız bu gün vətənə qayıdıb.

Bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb.

Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.

Anar

Gununsesi.info