Güləşçimizdən dünya çempionatında möhtəşəm qələbə - O, ARTIQ FİNALDADIR

  • By admin
  • 14 Sentyabr 2019 19:31

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Gununsesi.org xəbər verir ki, 82 kq çəkidə mübarizə aparan təmsilçimiz yarımfinalda iranlı Said Morad Abdvalla qarşılaşıb.

Rəqibinə 8:5 hesabıyla qalib gələn idmançımızın adını finala yazdırıb. Rafiq Hüseynov finalda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.

 

Gununsesi.org