Gültəkin Hacıbəyli: “Təhsil islahatı bu imiş…” -ETİRAZ

  • By admin
  • 11 İyun 2016 11:28

gul1

Orta məktəblərdə tədris müddətinin uzadılmasına ictimaiyyət nümayəndələrinin etirazı davam etməkdədir. Gununsesi.info-nun nməlumatına görə, Təhsil Nazirliyinin bu qərarına qarşı çıxanlardan biri də Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri, sabiq millət vəkili Gültəkin Hacıbəylidir.  Sabiq deputat özünün facebook səhifəsində tədris müddətinin uzadılması ilə bağlı narazılığını belə ifadə edib: “Dərsliklrər bir həftə öncədən yığılıb. Dərs proqramları bitib. Şagirdlərin əksəriyyəti dərsə getmir. Bir tərəfdən də Formula 1 yarışlarına görə yollarda dəhşətli tıxaclar yaranıb. Mən anlaya bilmirəm, məktəblilərin vaxtını öldürməyin başqa yolunu tapa bilmirdilər?! Uşaqlar 15 iyuna qədər məktəbdə bir-birinin üzünə baxmaqla nə qazanacaq?! Təhsil islahatı bu imiş?!