Gün ərzində 2-3 litir su içmək məsləhətdir

  • By admin
  • 17 İyun 2016 15:35

su

 

Hər bir insanın gün ərzində 8 bardaq su içməsi vacibdir. Həmçinin, bu insanın ümumi çəkisindən daha çox asılıdır.  Ancaq çay, kofe, şirə, kampot suyu əvəz etmir. Çox vaxt biz buna əməl etmirik. Orqanizmdə də metabolizmin işi zəifləyir, nəticədə toksinlər bədənimizdə qalır. Yay aylarında bunları nəzərə alaraq, suyu daha çox içmək lazımdır.

Yapon alimi Katsudzo Nişinin məsləhətinə görə, yay-qış hər insan 3 litr su içməlidir. Ancaq biz buna əməl edə bilmirik. Ona görə də, 60 kiloqrama qədər insanalar 1-1.5 litr su içmələri məsləhətdir. Bu çəkidən yuxarı olanlar isə, 2-3 litr su içmələri məsləhətdir. Bəzən insanalar “mənim ürəyim su istəmir” deyirlər. Bu o demək deyil ki, onların orqanizmlərinin suya ehtiyacı yoxdur. Sadəcə bu cür orqanizmlər daxildəki su qıtlığına vərdiş edib. Suyu kifayət qədər içən adamın orqanındakı toksinlər, bağırsağında zəhərli maddələr atılırsa, su içməyən insanlarda isə əksinədir. Daxildəki toksinlər üst-üstə yığılaraq sonda problemlərlə üzə çıxacaq.

Gununsesi.info olaraq susuzluqdan yaranan problemləri oxuculara təqdim edirik.

  1. Gözlərdə quruluq.Gözlərdə yüngül qaşınma hiss olunursa, qızartı varsa, mütləq su içmək lazımdır. Gözdə suyun çatışmazlığı müxtəlif səbəblərə gətirib çıxara bilər.
  2.  Güclü susuzluq hissi. Orqanizmdə güclü susuzluq hissi yaranırsa, bu o deməkdir ki, beynin fəal siqnalları maye tələb edir. Bədənin su ehtiyatına ehtiyacı var.
  3.  Ürək döyüntülərinin artması.Orqanizmdə su azaldıqca, qanın sürəti azalır, yük ürəyə düşür. Ona görə ürək tez-tez döyünməyə başlayır.
  4.  Ağızda quruluq.Əgər orqanizmdə problem yoxdursa, ancaq ağızda quruluq hiss edilirsə, dəməli susuzluğun əlamətidir.
  5.  Sidiyin azalması və rənginin dəyişməsi. Orqanizmdən su çatışmazlığının bir əlaməti də sidiyin azalması və rənginin tündləşməsidir.
  6. Oynaqlarda ağrı.Yaşlı insanlardan fərqli olaraq cavanlarda da oynaq ağrısı olur. Bəzilərində qaçış və tullanmadan sonra ağrıyır. Əgər sizdə heç bir problem yoxdursa, deməli oynaqlar susuzluqdan ağrıyır. Insanda qığırdaq disklərinin  80%- i sudan ibarətdir. Su çatışmazlığı zamanı da disklərdə sürtülmədən problem yarana bilər.
  7. Quru dəri.Dərinizdə quruluq hiss olunursa, bu susuzluğun əlamətidir. Bolluca su içmək lazımdır.
  8. Əzələ kütləsinin sıxlığı. Əzələlər yarıya kimi sudan ibarətdir. Belə ki, məşq zamanı xırda qurtumlarla su içmək məsləhətdir.
  9. Daimi yorğunluq və süstlük. Əgər çox yatırsınızsa, ayağa durmağa taqətiniz yoxdursa, o zaman içdiyiniz suyun miqdarına diqqət etmək lazımdır.
  10. Həzmin pisləşməsi.Mədədə qıcqırma hiss olunursa, mütləq su için. Mədədə lazım olan nəmlik azalır və turşuluq artır, qıcqırma baş verir.

Sağlam və cavan qalmaq üçün ömür boyu düzgün su balansını qorumaq lazımdır.(atv.az)