Gün ərzində bəzi ərazilərdə su olmayacaq

  • Müəllif: admin
  • 17 Aprel 2018 11:42

Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alatava və II Alatava yaşayış massivində, 17 aprel 2018-ci il tarixində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu haqda Gununsesi.info-ya “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, suyun məhdudiyyətlə verilmə səbəbi magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info