“Gündə 4 dənə araq içirəm, virus mənə nə edəcək?” - VİDEO

  • By admin
  • 31 Mart 2020 22:33

Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunsa da, bəziləri tələb olunan qaydalara əməl etmir. Nəticədə bəzən onlarla profilaktik söhbət aparan polis əməkdaşları arasında maraqlı anlar yaşanır.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə məqamlardan biri Bakının Yasamal rayonunda qeydə alınıb. Belə ki, polis əməkdaşı vətəndaşa yaxınlaşaraq ona mövcud durumu izah edib, profilaktik söhbət aparıb.

Ancaq vətəndaş məsələnin ciddiliyinin fərqində olmayıb. O, “Gündə 4 dənə araq içirəm, virus mənə nə edəcək?” deyərək, məsələyə münasibətini bildirib.

 

 

 

Gununsesi.org