Gününə 6 milyon dollar qazanır - FACEBOOK SAHİBİ 33 YAŞINI QEYD EDİR

  • By admin
  • 16 May 2018 10:36

Sosial media nəhəngi Facebook-un qurucusu Mark Zuckerberg-in dünən 33 yaşı tamam olub.
Marja” xəbər verir ki, Forbes-ə görə təxminən 74 milyard dollarlıq sərvətilə dünyanın ən varlıları siyahısında yer alan Zuckerberg doğumundan bəri hər gün orta hesabla 5.97 milyon dollar qazanıb.
Ən varlılar siyahısında 132 milyard dollarla birinci yeri tutan Amazon-un qurucusu Cef Bezosun doğulduğu gündən bəri gündəlik qazancı 6.8 milyon dollara bərabər gəlir.
Yenə gənc yaşında sərvət sahibi olan adlardan və hazırda 62 yaşında olan Bill Qeytsin gündəlik qazancı 4 milyon dollara, 87 yaşlı məşhur investor Uorren Buffettin gündəlik qazancı isə təqribən 2.7 milyon dollara bərabər gəlir.