Türk lirəsi yenə ucuzlaşdı - YENİ REKORD

  • By admin
  • 16 May 2018 10:30

Dollar Türkiyə lirəsi qarşısında 4.47 lirə səviyyəsini də aşaraq tarixinin ən yüksək səviyyəsini görüb.
Gununsesi.info  xəbər verir ki, beynəlxaq kedit reytinqi agentliyi “Moody’s” Türkiyədəki makro-iqtisadi trendlərin ölkənin kredit reytinqi üçün mənfi olduğunu, ölkədəki pul siyasətindən narahat olduqlarını bildirib.

“Moody’s”-in açıqlamasından sonra məzənnə 4.4744 ilə rekord yeniləyib.
Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın “Bloomberg International”a verdiyi müsahibədə pul siyasətinə dair verdiyi açıqlamalar Lirənin ucuzlaşmasına səbəb olub.
Prezident Rəcəb Tayyib Ərdoğan, Bloomberg TV-yə verdiyi müsahibədə, Prezident seçkilərini qazanması halında pul siyasətlərində daha təsirli rol oynayacağını qeyd edərək, “Türkiyənin maraqlarını qorumaq üçün addımlar atacağıq, ölkəmizin maraqları nəyi tələb edirsə onu edəcəyik”,- deyib.

Prezident Ərdoğan, “Xalq pul siyasətləri ilə bağlı məsələlərdə kimi günahlandırar? Prezident günahlandırılacağına görə pul siyasətlərində təsirli olan bir Prezident olmağa məcburuq”, -i fadələrini istifadə edib.

Ərdoğan faizin aşağı olmasının tərəfdarı olduğunu təkrarlayaraq, “Faiz nə qədər aşağı olarsa, inflyasiya da o qədər aşağı olacaqdır” deyib.

Qeyd edək ki, Ərdoğanın aşağı faiz tərəfdarı olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankı Lirənin dəyərdən düşməsinə müdaxilə etmək üçün faiz atırmaq məcburiyyətindədir.

Avro/TL də 5.30 ilə bütün zamanların rekordunu qırıb.

ədəki makro-iqtisadi trendlərin ölkənin kredit reytinqi üçün mənfi olduğunu, ölkədəki pul siyasətindən narahat olduqlarını bildirib.

“Moody’s”-in açıqlamasından sonra məzənnə 4.4744 ilə rekord yeniləyib.

Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın “Bloomberg International”a verdiyi müsahibədə pul siyasətinə dair verdiyi açıqlamalar Lirənin ucuzlaşmasına səbəb olub.