Gununsesi.info haker hücumuna məruz qalır

  • By admin
  • 19 İyun 2016 05:14

GUNUNSESI

“Fəaliyyətə başlamağımızın 1 ayına dözmədilər. Bu 1 ay ərzində oxucularımızın sayı on mini aşdı. İki gündür Gununsesi.info haker hücumuna məruz qalır”. Bu fikirləri Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli saytımıza olan haker hücumu ilə bağlı özünün facebook səhifəsində səsləndirib. Pərviz Həşimlinin sözlərinə görə, texniki heyət bu hücumları dəf etsə də hazırda sayta girişdə ciddi problemlər yaranmaqdadır: “Facebook hesabıma məktublar yazıb, narahatlıqlarını ifadə edən oxuculara, dostlara təşəkkür edirəm. Çalışırıq ki, yaxın zamanda problemi həll edək”.
P.S. Ətrafında haker qrupu saxlayan o oliqarxa isə mesajımıız budur: Bu yolla bizi susdurmaq imkanınız olmayacaq!”