“Gurcü-arzusu” Gürcüstandakı parlament seçkilərinin qalibi oldu

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 11:15
gurcu-3
 Gürcüstanda keçirilən ikinci tur parlament seçkilərinin ilkin nəticələri bəlli olub.
Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilib.
Gununsesi.info “Sputnik-Gürcüstan”-a istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası ikinci tur seçkilərin ilkin nəticələrini açıqlayıb və  nəticələrə görə, hakim “Gürcü arzusu”  bloku parlamentdə 115  deputat yeri qazanıb.
 Bu isə parlamentdəki yerlərin mütləq çoxluğu olduğundan, istənilən qərarın  keçməsinə imkan yaradır.
Bu, həm də hakim partiyaya ölkədə Konstitusiya islahatlarını həyata imkan verəcək.
İkinci turun nəticələrinə əsasən “Gürcü arzusu”  50 birmandatlı dairədən 48-sində qalib gəlib.
Gununsesi.info