Gürcüstan MSK: Seçici fəallığı 47%-i keçib -Səsvermə prosesi saat 20:00-da başa çatacaq

  • Müəllif: admin
  • 28 Noyabr 2018 19:18

Tbilisi. 28 noyabr. Gununsesi.org Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 17:00-a olan məlumata əsasən, 47,31% təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Səsvermədə artıq 1 662 453 seçici iştirak edib.

Yüksək seçici fəallığı Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində (58%), ən aşağı fəallıq isə Kvemo Kartli bölgəsinin Tsalka şəhərində (37%) qeydə alınıb.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.