Gürcüstan prezidenti müdafiə nazirinə etiraz etdi - Hərbi xidmətin ləğvi ilə bağlı qərarına

  • By admin
  • 28 İyun 2016 12:54

Giorgi_Margvelashvili_-_EDM_February_21__2014

 

 

“Müdafiə naziri Tina Xidaşelinin məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı müstəqil qərar verməyə haqqı yox idi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, məsələ çağırışın ləğv olunması ilə deyil, müdafiə nazirinin öz kvotasını istifadə etməməsi ilə bağlıdır: “Onun nə dərəcədə doğru olmasından asılı olmayaraq, bu kimi qərarlar bir rəsmi şəxs tərəfindən verilməməli, məsələyə həm hökumətin, həm də Təhlükəsizlik Şurasının kollegiya iclasında baxılmaldır”.

Prezident müdafiə naziri tərəfindən verilən qərardan əvvəlcədən xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.  (APA, “Qruziya Online”)