Gürcüstan prezidentinin kürəkənini güllələdilər

  • By admin
  • 06 İyul 2018 09:29

Gürcüstan prezidentinin kürəkənini güllələdilər

Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçuri silahlı hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, güllə yarası alan Qoqoçuri xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Gürcüstan mətbuatının xəbərinə əsasən, artıq cinayət işi açılıb. Baş verən hadisənin detalları bilinmir.

Qoqoçuri Gürcüstanın birinci xanımı ilə qeyri-rəsmi nikahda yaşayır. İlk dəfə 2017-ci ilin yanvarında mətbuatda adı hallanıb. Qoqoçuri dostu ilə Tiflisdə odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı.