Gürcüstanda insident: iki qardaşın qanı axıdıldı

  • By admin
  • 22 May 2022 09:48

Gürcüstanın Telavi bələdiyyəsində ölümlə nəticələnən silahlı insident baş verib.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, bu barədə mərkəzi medialar məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, insidentdən əvvəl gənclər arasında mübahisə baş verib, daha sonra gənclərdən birinin ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Yaralılardan biri də mərhumun qardaşıdır.

Yaralılar təcili yardım briqadası tərəfindən Telavi xəstəxanasına aparılıb və müvafiq müalicələr aparılır.

Hadisənin səbəbi hələ ki məlum deyil. Hadisə yerində polis və kriminalistlər işləyir.

Gununsesi.info