Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu yekunlaşıb

  • Müəllif: admin
  • 28 Noyabr 2018 22:52

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu yekunlaşıb.

“Gununsesi.org” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Rustavi 2” kanalının sorğusuna əsasən “exit-poll”un unsesi.org”nəticələrinə görə,  “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili səsvermədə liderdir. O, 55% səs toplayıb. Onun rəqibi Qriqol Vaşadze isə 45% səslə ikincidir.

“İmedi” telekanalının sifarişi ilə “Gallup İnternational” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə isə, Zurabişvili 58%, Vaşadze 42% səs yığıb.

Qriqol Vaşadze bu nəticələri qəbul etmədiyini bildirərək məğlubiyyətlə barışmayıb:

“Biz seçkilərin yekun nəticələrini gözləməliyik”.

Qeyd edək ki, seçkilərdə 47,51% seçici səs verib.