Gürcüstanda partlayış - ON İKİ YARALININ BEŞİ UŞAQDIR

  • Müəllif: admin
  • 21 Oktyabr 2018 20:04

Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

Onlardan 5-i azyaşlıdır.

Gununsesi.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb.

Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.