Gürcüstanın baş naziri yenə Kvirikaşvili olacaq

  • By admin
  • 19 Noyabr 2016 08:15

kirik

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair  sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq,  baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi  Georgi Kvirikaşvili irəli sürülür.

G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə – baş nazirin müavini, 2015-ci ildə xarici işlər naziri vəzifələrində çalışıb, həmin ilin dekabrında isə baş nazir postuna təyin edilib.

Gununsesi.info