Gürcüstanın hakim partiyası baş nazirliyə namizədini açıqladı

  • By admin
  • 10 Sentyabr 2020 20:43

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxaria, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

Gürcü Arzusu Partiyasının seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

 

Gununsesi.info