Gürcüstanın İsraildəki səfirliyindən XƏBƏRDARLIQ

  • By admin
  • 06 Avqust 2022 09:19

Gürcüstanın İsraildəki səfirliyi bu ölkədəki Gürcüstan vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.

Gununsesi.info diplomatik təmsilciliyimizin xəbərdarlığını təqdim edir:

“Aşağıdakı məhdudiyyətlər 6 avqust şənbə günü saat 20:00-a qədər qüvvədə olacaq və müddət uzadıldığı təqdirdə əlavə olaraq məlumat verəcəyik.

Qəzza zolağından 80 km radiusda yaşayanlar üçün:

Açıq məkanda 10 nəfərdən, qapalı məkanda isə 50 nəfərdən çox olmayan tədbir və toplantılara icazə verilir.

Təhsil müəssisələrində, uşaq bağçalarında və yay düşərgələrində tədris prosesi aparılmayacaq.

İş yerlərində olmağa yalnız sığınacaq olan müəssisələrdə icazə verilir.

Yalnız qapalı məkanda toplaşmaq şərti fərqlənir: 100 nəfərə icazə verilir.

Xahiş edirik qeyd olunan təhlükəsizlik normalarını nəzərə alın və onlara əməl edin”.

Xatırladaq ki, İsrail ilə Qəzza arasında yenidən gərginlik başlayıb.

Gununsesi.info