Gürcüstanın sabiq birinci xanımı deputat mandatından imtina edib

  • By admin
  • 07 Noyabr 2016 22:34

x

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, “Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-dan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, Sandra Rulofs parlamentə proporsional siyahı üzrə deputat seçilmişdi. O, siyahıda ikinci olub.

MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul olunmalıdır. Bununla belə, MSK onun yerinə parlamentdə mandat əldə edə biləcək şəxsin – partiya siyahısında 28-ci olan namizəd, Kaxetinin sabiq qubernatoru Georgi Qviniaşvilinin adını parlamentə təqdim edəcək.

“Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı əldə edib.

 

Gununsesi.info