Hərbi Akademiyanın magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib

  • By admin
  • 22 Dekabr 2017 16:56

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Gununsesi.info-ya verilən məlumata görə, imtahan prosesi təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün 53 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 3 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Gununsesi.info