Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı

  • By admin
  • 04 İyul 2020 09:47

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov Dağıstanın Qızılyurt rayonunun Kirovaul kəndində dəfn edilib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə Qızılyurt rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Rəsmi mənbənin məlumatına görə, dəfn mərasimində məşhur məşqçinin ailə üzvləri və dostları iştirak edib.

Qeyd edək ki, uzun müddətdir COVID-19-dan müalicə alan A.Nurməhəmmədov ötən gün Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.

Gununsesi.org