Həbib Nurməhəmmədovun atası vəfat etdi

  • By admin
  • 03 İyul 2020 15:39

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan başçısı Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.

“Dostlar, Abdulmanap Nurməhəmmədovun vəfat etməsi ilə bağlı kədərli xəbər almışam. Bütün çeçen xalqı adından Abdulmanap Nurməhəmmədovun ailəsinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm! O, özündən sonra yaxşı ad və layiqli nəsil yetişdirərək bizi tərk etdi”, – R.Kadırov yazdığı statusda qeyd edib.

Gununsesi.org