Həbib öz brendini yaratdı - FOTO

  • Müəllif: admin
  • 23 Fevral 2019 11:11

 

Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası, yüngül çəkidə hazırda UFC çempionu titulunu daşıyan Həbib Nurməhəmmədov öz ətir brendini yaradıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Tvitterdə məlumat yayılıb.

“The Eagle” ticarət nişanı ilə buraxılan ətrin ilk flakonları fevralın 23-dən Moskvada satışa çıxarılacaq.

Xatırladaq ki, Konor Makqreqor üzərində qələbədən sonra Həbib Nurməhəmmədov eyni zamanda “Khabib Time” adlı avtobioqrafik kitabını buraxmışdı.