Həbsdəki sabiq icra başçısı ölüm ayağında

  • By admin
  • 15 Sentyabr 2021 09:00

Hazırda həbsdə olan Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlandığı Şəki İstintaq Təcridxanasında koronavirusa yoluxub. 

Bu barədə Gununsesi.info-ya sabiq icra başçısına yaxın mənbələr bildirib.

Məlumata görə, bir neçə gün əvvəl virusa yoluxan icra başçısının səhhəti kəskin şəkildə pisləşdiyindən onu Şəki Mərkəzi Xəstəxanasına aparıblar.

Hazırda durumu ağır olan Qoca Səmədovun süni nəfəs aparatına qoşulduğu deyilir.

Taryel İbrahimov

Gununsesi.info