“Həddini bil, mənə meydan oxuma” – Ərdoğandan şok sözlər

  • By admin
  • 11 Fevral 2021 20:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Baş naziri Kiriakos Miçotakis haqda dediyi sözlər müzakirə mövzusuna çevrilib.

Gununsesi.info xəbər verir ki, yunan mediası Türkiyə liderinin çıxışına geniş yer verib.

Yunanıstan hökumətinin başçısına açıq mesajlar göndərən Ərdoğan deyib: ”Mənə meydan oxuma, həddini bil. Bilmirsənsə, demək ki, masanı sən təpiklədin, qaçdın. Bəzi dağlara güvənirsən, amma o dağlara qar yağdı, heç birindən sənə fayda gəlməyəcək”.

Ərdoğan çıxışının davamında bildirib: “Biz öz göbəyimizi özümüz kəsirik, buna görə də çılğın türkləri tanıyacaqsan”.

Yunan mətbuatında bu açıqlamalara geniş yer verilib. Müxtəlif qəzetlər Ərdoğanın sözlərini manşetlərə çıxarıblar.

Yunan nəşrləri Prezident Ərdoğanın “Çılğın türklər” ifadəsinə işarə edərək yazır: “Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindən Yunanıstan Baş nazirinə inanılmaz bir həmlə etdi”.

Yunan mənbələri Ərdoğanın Miçotaiksə meydan oxuduğunu bildirib. Türkiyə liderinin baş nazirə “Həddini bil, mənə meydan oxuma” sözləri social şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Miçotakis bundan əvvəl verdiyi açıqlamada demişdi ki, xarici siyasətin strateji hədəfi adalardakı Türkiyə işğalına son qoymaqdır.

Gununsesi.info