Həftə sonu maraqlı tamaşalar nümayiş olunacaq

  • By admin
  • 02 İyun 2016 12:08

 Azərbaycan Dövlət Musiqili Teatrı 1

Musiqili teatrın həftəsonu repertuarı Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, iyunun 3, 4 və 5-də teatrın səhnəsində tamaşasevərlərə “Qafqazlı qardaşqızı”, “Talelər qovuşanda”, “Amerikalı kürəkən” və “Mən dəyərəm min cavana” tamaşaları təqdim ediləcək. Qeyd edək ki, həmişə olduğu kimi bu dəfə də rusdilli tamaşaçılarını unutmayan teatr iyunun 3-də korifey bəstəkar, Xalq Artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” iki hissəli operettasını rus dilində yeni quruluşda 10-cu dəfə səhnəyə qoyacaq. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Tamaşalar saat 12.00 və 19.00-da nümayiş olunacaq.

Gülnaz Qənbərli