Abşeronda 2 nəfər boğularaq öldü - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 02 İyun 2016 12:11

 

Bogulma ABSHERONN

 

Abşeron rayonunda faciəli hadisə baş verib. Gununsesi.info xəbər verir ki, bədbəxt hadisə nəticəsində iki nəfər su quyusunda boğuaraq dünyasın dəyişib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz  qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 33 yaşlı Əliyev Ümid və 29 yaşlı Babayev Rahim dərinliyi 4 metr olan su quyusunda boğulublar. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ümid Əliyevin və Rahim Babayevin meyitini quyudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Gununsesi.info

 

Bogulma ABSHERON 2

 

Bogulma ABSHERON