Lukaşenko Putini və Sarkisyanı məyus etdi -AZƏRBAYCANA GÖRƏ

  • By admin
  • 02 İyun 2016 12:16

lukashenko putsar

Belarus prezidenti Aleksandr Lukaşenko öz danışıqları ilə Avrasiya İqtisadi İttifaqının sammitində Putini məyus edib. Gununsesi.info Belarus mediasına istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitdə Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan Prezidentlərinin qatıldığı sammitdə qarşıya qoyulan məqsədlər müzakirə olunub. Üzv dövlətlər məcburən qəbul ediblər ki, qarşılarına qoyduğu məqsədlərin heç birinə nail olunmayıb. Avrasiya İqtisadi İttifaqı hələ ki, ancaq ittifaqın adında olan “Avrasiya” sözünü doğruldub. Bu beş ölkənin iqtisadiyyatında son iki ildə heç bir inkişaf müşahidə olunmur. Eyni zamanda Ermənistan və Qazaxstan, eləcə də, Belorusiya ilə Qırğızıstan ümümiyyətlə, iqtisadi əlaqələr saxlamır. Bu isə onu göstərir ki, Avrasiya İqtisadi İttifaqı sırf siyasi məqsədlərlə yaradılıb və bu, Rusiyanın ittifaqa daxil olan ölkələrlə bağlantılarını gücləndirmək üçün bir vasitədir. Qeyd edilib ki, bu ölkələrin heç bir ümümi maraqları yoxdur. Ermənistan əvvəlcədən gizlətmədən bildirirdi ki, onun bu ittifaqa daxil olmasının əsas məqsədlərindən biri təhlükəsizlikdir. Ancaq son vaxtlarda gərginləşən Qarabağ döyüşləri onu göstərir ki, rəsmi İrəvan məqsədə nail ola bilməyib. Çünki İttifaqın iki ölkəsi bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədi.

Ermənistan Prezidenti öz çıxışında bu məsələni diqqətdənkənar saxlamadı. Serj Sarkisyan bildirib ki,  Azərbaycanın bu məsələdə atdığı addımlar Avrasiya İttifaqına çox ciddi bir xəbərdarlıqdır. “Ya bu ittifaqa bizim beynalxalq tərəfdaşlar tərəfindən iqtisadi sabitlik və təhlükəsizlik zonası kimi baxılacaq, ya da hər kəs düşünəcək ki, bura mübarizə və müharibə zonasıdır”.  Sammitdə ən yaddaqalan çıxışı Belorusiya Prezidenti Lukaşenko səsləndirib. Onun çıxışı toplantıya öz damğasını vurub. Lukaşenko çəkinmədən bildirib ki, İttifaq qurulan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunmayıb və tərəflərin bərabərlik prinsipi qorunmur. Nə gömrük ittifaqı, nə də ki, Avrasiya İqtisadi İttifaqı çalışsalar da, ticarət məhdudiyyətinin sayı azalmayıb, həmişəki kimi qalıb: “Bundan əlavə, bizim daxili ticarət dövriyyəmiz getdikcə aşağı düşür. O etiraf edib ki, birliyin müqaviləsində yer alan bir sıra mövqe qeydləri müasir iqtisadi tələblərə cavab vermir. Məlum deyil ki, kimsə məsələn, Rusiya siyasi məqsədlərlə başqa ölkələrə öz daxili bazarını bağlasa, bu ittifaqda qalan ölkələr buna necə reaksiya verməlidir?”.

Putin isə Lukaşenkonun gətirdiyi statistikaya biraz rəng qatmağa çalışıb.O bildirdi ki ittifaq yaranan zaman müqavilədə 600 yox 422 ticarət məhdudiyyəti var idi.İndi isə onun 80 i yığışdırılıb 30isə  yığıışdırılma mərhələsindədi.Eyni zamanda o söylədi ki  o da ittifaqdan heç bir sehirbazliq gözləmir. Başqa parterlarla dialoq aparmaqdan öncə biz özümüz daxili yüksəksəvyəli bazarımızı  yaratmaliyıq. Biz özümüz güclü olmalıyıq və eynı mövqeydən çıxış etməliyik. Belə olarsa Avropa ittifaqı və Çinlə dialoq aparmaq daha asan olacaq”.

 

Gununsesi.info