Həkimlərdən xəbərdarlıq - YENİ CİNSİ XƏSTƏLİK YAYILIR

  • By admin
  • 11 Avqust 2017 14:06

07

İngilis həkimləri hazırda cinsi yolla yayılan və QİÇS/HİV virusundan dəfələrlə təhlükəli, qorxunc nəticəsi olan Mikoplazma Genitalium adı verilən yeni xəstəliyin yayıldığı barədə xəbərdarlıq ediblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu xəstəliyə ilk dəfə olaraq İngiltərədə rast gəlinib.

Hazırda İngiltərədə 16-44 yaş arasındakı insanların 1 faizi bu xəstəlikdən əziyyət çəkir.

Xəstəliyin ilk əlamətləri qusma, cinsi orqanlarda ağrı, qarın ağrısıdır. Qadınlarda cinsi əlaqədən sonra qanama müşahidə edilir. Xəstəlik sonsuzluğa və uşaqsalmaya səbəb olur.

Qeyd edək ki, həkimlər hələlik Mikoplazma Genitalium virusun cinsi yolla yayıldığını bildirirlər. Eyni zamanda virusun başqa yollarla da yayılmasını istisna etmirlər. Həkimlər əhalini diqqətli olmağa və cinsi əlaqə zamanı qoruyucudan istifadə etməyə çağırırlar.

Anar

Gununsesi.info