Hələb bombardman altında

  • By admin
  • 18 Noyabr 2016 11:13

heleb

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın şimalında yerləşən Hələb şəhərində müxalif qüvvələrin nəzarətində olan ərazilərə son 48 saatdır ki, hava qüvvələri tərəfindən təşkil olunan hücumda ölən vətəndaşların sayı 94-ə, yaralıların sayı isə 150-yə çatıb. Rusiya hərbi təyyarələrinin Firdevs ərazisindəki yaşayış yerlərinə hücumu nəticəsində çox sayda bina darmadağın olub. Vətəndaş Müdafiə heyəti həmin binalarda insanların xilas edilməsi üçün hərəkətə keçib.

Gununsesi.info