
Rusiyalı hərbçi Sevan gölündə batıb.
Gununsesi.info “novosti-armeniya”ya istinadən xəbər verir ki, Ermənistandakı Rusiya hərbi bazasının zabiti Sevan gölündə çimərkən batıb.
20 yaşlı rusiyalı hərbçi Radmir Filopov öz hərbi xidmətçi dostları ilə göldə istirahət ediblər. Hadisə də onların gözü qarşısında baş verib.
Göldə batan rusiyalı hərbçinin cəsədi 18 saat axtarışdan sonra tapılaraq çıxarılıb.
Gununsesi.info












