“Taliban”  liderlərindən biri ÖLDÜRÜLÜB

  • Müəllif: admin
  • 14 Avqust 2017 13:48

taliban

“Taliban” terror təşkilatının liderlərindən biri öz mühafizəçisi ilə birlikdə öldürülüb.

Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, hadisə Əfqanıstanın şərqində Nanqarhar əyalətində baş verib.

“Taliban” komandirlərindən olan Fazal Subhan, Kaka Ji və daha dörd nəfər silahdaşı öldürülüb. Hadisənin baş vermə səbəbi barədə heç bir məlumat verilmir.

Son dövrlərdə Əfqanıstanda vəziyyət yenidən gərginləşib. Əsasən kənd rayonlarını nəzarətdə saxlayan “Taliban” son dövrlərdə iri şəhərləri də hədəf alıb. İŞİD də bu ölkədə aktivləşməyə başlayıb.

Gununsesi.info