Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

  • Müəllif: admin
  • 30 Noyabr 2016 13:25

deniz

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.
Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər ki, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində çıxış edənlər kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və fərqlənən hərbi qulluqçular fəxri fərmanla təltif edilib.
Anar
Gununsesi.info