Hərbi helikopterin qəzaya uğurlaması nəticəsində 4 nəfər həyatını itirib

  • By admin
  • 12 Avqust 2017 12:25

05

Yəmənin şərqində Şebve şəhərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin tərkibində yer alan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hərbi helikopter qəza enişi edib, ölənlər var.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ərəb koalisiyasının komandanlığı məlumat yayıb.

Belə ki, helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin sıradan çıxması səbəb olub.

Qeyd edək ki, hərbi helikopterin göyərtəsində 4 nəfər – 2 pilot, kapitan Əhməd Xəlifə əl-Belus, baş leytenant Casiyə Saleh əz-Zeabi ilə yanaşı daha iki əsgər Məhəmməd Səid əl-Xüsusiyyəti və Semir Məhəmməd Murad Əbubəkr olub.

Anar

Gununsesi.info