Hərbi iş maşını atəşə tutuldu - 2 şəhid,1 ağır yaralı VAR

  • Müəllif: admin
  • 02 İyun 2018 18:31

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb.

“İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb”, – deyə rəsmi məlumatda bildirilir.