Hərbi qulluqçumuz bədbəxt hadisə nəticəsində həlak oldu -Rəsmi

  • By admin
  • 03 Dekabr 2021 11:28

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Gununsesi.info