
Bu gün Rusiyanın Buryatiya Respublikasında MiQ-31 hərbi təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, aprelin 26-də yerli vaxtla saat 12:05-də Buryatiyanın Telembo təlim mərkəzində plana uyğun olaraq uçuş həyata keçirən “MiQ-31” hərbi qırıcı təyyarə uşuş zamanı qəzaya uğrayıb.
İlkin məlumata görə, pilot katapult edərək, özünü xilas edə bilib.
Hadisə yerinə axtarış-xilasedici vertolyotlar uçub.
Gununsesi.info












