
“Milli Məclisin Aqrar siyasət komitəsi olaraq Eldar İbrahimovun rəhbərliyi ilə Çexiyanın paytaxtı Praqa şəhərində işgüzar səfərimiz davam edir. Səfər çərçivəsində Çexiya Kənd Təsərrüfatı Nazirliyində, Dövlət Aqrar Müdaxilə Fondunda, Deputatlar Palatasında və Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyatı üzrə Komitəsində rəhbər şəxslərlə görüşlərimiz keçirilib”.
Gununsesi.info xəbər verir ki, bunu adıçəkilən komitənin üzvü İqbal Məmmədov dilə gətirib.
O, qeyd edib ki, eyni zamanda, Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə söhbətləri olub.
“Həmçinin, kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, əməkdaşlıq əlaqələrinin inkişafı barədə müzakirələr etdik. Rəsmi görüşlərdən sonra Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış “Petrovitse” fermasına səyahət etdik, fermanın fəaliyyəti və iş təcrübəsi ilə yaxından tanış olduq”-deyə, millət vəkili sözlərinə əlavə edib.





KAMİL
Gununsesi.info











