Hərraca çıxarılmış taxta avtomobillər - FOTOLAR

  • By admin
  • 27 Oktyabr 2017 22:43

Müasir dövrdə avtomobil istehsalında ağac materiallarından demək olar ki istifadə edilmir. Yalnız bəzi bahalı avtomobillərdə, xüsusilə də limuzinlərdə salonun bəzədilməsində taxtadan bəzək, naxış düzəldilir.

Lakin 70 il əvvəl – Avropada müharibədən sonrakı yoxsulluq səbəbindən, ABŞ-da isə əksinə, zövqə, istəyə uyğun olaraq maşınların banının bir hissəsi ağac materiallarından hazırlanırdı. Adətən ucuz ağcaqayın və şam ağaclarından, nadir hallarda isə palıddan istifadə olunurdu.

Belə maşınlara qeyri-rəsmi olaraq “woodie”, yəni “taxta parçası” adı verilmişdi.

Gununsesi.info bu yaxınlarda Çikaqoda keçirilmiş hərracda satışa çıxarılan bəzi “taxta avtomobillər”in fotolarını təqdim edir:

 

 

 

 

 

 

Gununsesi.info