
Son aylar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirilir. Bu istiqamətdə müsbət irəliləyişlərdən biri odur ki, hərraclar barədə Komitənin privatization.az saytında ərtaflı məlumat yerləşdirilir.
Gununsesi.info sözügedən sayta istinad edərək hərracların nəticələri, dövlət obyektlərinin hansı dəyərdə satılmasını təqdim edir. Nəticələrlə bağlı son məlumat oktyabrın 26-da keçirilmiş hərraclar sayta yerləşdirlib. Burada diqqət çəkən məqamlardan biri obyektlərin bazar qiymətindən çox ucuz satılmasıdır.
Beləliklə, sözügedən tarixdə keçirilən hərracda satılan dövlət nəfinə müsadirə edilmiş əmlaklar arasında 12 çaplı, qoşa lüləli ov tüfənginin adına rast gəlmək olur. Neftçalada müsadirə edilmiş bu tüfəng cəmi 24 manata satılıb.
Habelə, respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərraclarda satılmış istifadəsiz olan daşınmaz dövlət əmlakların siyahısı təqdim edilir. Bunlar aşağıdakılardır:
– Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 148-də yerləşən, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 5 və 6 mərtəbəli binanın zirzəmisi (54.6 kv.m) 30 min manata;
– Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 13-də yerləşən Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında yerləşın 2 mərtəbəli binanın 1-ci mərtəbəsi (18.8 kv.m) 60 min manata;
– Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 14-də yerləşən və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə tabe olan 1 mərtəbəli binanın zirzəmisi (50.5 kv.m) 17,5 min manata satılıb.
Bundan əlavə, həmin tarixdə keçirilmiş şəhər və rayonları üzrə keçirilmiş hərracda satılmış obyektlərin aşağıdakı siyahısı da təqdim edilir:
– Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində , 173-də 25\1 saylı mağaza (320 kv.m) 25,5 min manata;
– Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 10 saylı qutabxana (137 kv.m) 25,5 min manata;
– Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 2 saylı çayxana (232.9 kv.m) 42,500 min manata
– Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 6 saylı çayxana (71.5 kv.m) 15 min manata;
– Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 34 saylı mağaza (qarışıq mallar) (701 kv.m) 68 min manata;
– Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən 54 saylı mağaza (256.6kv.m) 53,5 min manata;
– Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsi,4-də yerləşən, 322.6 kv.m-ə malik anbar 49,3 min manata;
– Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsi,6-də yerləşən 64.4 kv.m-lik qablaşdırma obyekti 10,2 min manata;
– Gəncə şəhəri, Nizami rayonunda, Cavadxan küçəsindəki 104 saylı mağaza (175 kv.m) 27,2 min manata;
-Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsidəki 267 kv.m-lik 216 saylı mağaza 46,7 min manat;
– Şəmkir rayonu, Əliyaqublu kəndindəki 147.5 kv.m-lik mağaza 10 min manata;
– Şəmkir rayonu, Könüllü kəndində yerləşən 3 saylı yeməkxana (160 kv.m) 10 min manat;
– Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən məişət evi (36 kv.m) 3 min manata;
– Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, 10A yerləşən 190.3 kv.m-lik anbar 4 min manata;
– Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsindəki 32.8 kv.m-lik 1 saylı mağaza 2.7 min manata satılıb.
Vüsalə Rüstəmova
Gununsesi.info











