Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi

  • Müəllif: admin
  • 20 May 2017 10:20

trend_gulesh_haci_aliyev_180615__(2)

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.

Gununsesi.info-nun məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.

H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə – vaxtından əvvəl məğlub edib – 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info