Bakıda 6 marşrut xəttinin istiqaməti dəyişəcək - SİYAHI

  • By admin
  • 20 May 2017 10:30

maasue

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü – mayın 22-də 6, 8, 33, 52, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək.

Gununsesi.info məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

“Bu marşrut avtobuslarının hərəkəti üçün seçilmiş alternativ yollar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, – deyə M. Ağayev vurğulayıb.

Gununsesi.info