Hacıqabulda dəhşətli yol qəzası - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 01 Sentyabr 2019 19:42

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Gününsəsi.org-un xəbərinə gorə, hadisə Bakı-Qazax magistralının 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündən Qazax istiqamətinə gedən hissədə baş verib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb. Hadisə zamanı sürücü və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Ruhiyyə İlyas qızı, övladları – 2007-ci il təvəllüdlü Xəyal Allahverdiyev və 2007-ci il təvəllüdlü Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Allahverdiyeva həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Gününsəsi.org