Hacıqabulda yol qəzası baş verib - YARALILAR VAR

  • Müəllif: admin
  • 27 Yanvar 2018 21:48

Hacıqabulda qarlı hava şəraitində baş verən avtoqəza nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 20.30 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər təcili yardım maşınları ilə Şirvan şəhər xəstəxanasına aparılıb.

Avtoqəzanın təfərrüatları və yaralıların adları dəqiqləşdirlir.

Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

Gununsesi.info