PYD/YPG Hatay vilayətinə hücum etdi - BİR UŞAQ YARALANIB

  • Müəllif: admin
  • 27 Yanvar 2018 21:32

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.

Gununsesi.info xəbər verir ki, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info