Hafiz Hacıyev Azərbaycan xalqını Bayraq Günü münasibəti ilə təbrik edib

  • By admin
  • 09 Noyabr 2019 20:05
Gununsesi.org xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan xalqını Bayraq Günü münasibəti ilə təbrik edib.
Partiya sədri dövlətimizin atributlarından olan bayrağımızın daim dalğalanmasını arzu edib. H.Hacıyev bildirib ki, bayrağımızın ucalarda olması üçün hər bir vətəndaş çalışmalıdır. Onun sözləinə görə, siyasətçilər siyasət meydanında, idmançılar yarış meydanında, əsgərlərimiz döyüş meydanında, sıravi vətəndaş da gündəlik həyatında bu istiqamətdə çalışmalıdır.
Partiya sədri hər kəsi Azərbaycan Bayrağının altında birləşməyə, dövlətə, dövlətçiliyə sadiq olmağa çağırıb.
Gununsesi.org